29 Mart 2021 Pazartesi

  

 

 

 

Şamanizm, hardasa insan oğlu qədər qədim bir keçmişə sahibdir və indi də yenidən dirilir. İnsanlığın, xüsusən də türklərin  bəlkə də ən qədim inanclarından biri olan Şamanizmdən indiyə qədər gəlib çıxmış adətlərimizdən danışacam. Tam olaraq din kimi təqdim edə bilməyəcəyimiz Şamanizm minlərcə ildir ki, dünyanın 4 tərəfində qəbul edilir. Şamanizmin təməlində çevrə ilə bərabərlik və bütünlük düşüncəsi vardır. Yəni bir ağac, bir qarışqa və bir insan bərabər varlıqlardır. Çünki hər biri eyni enerjidən yaradılmış, yaddaşa və ruha sahibdirlər.  Bu səbəblə şamanistlər meşəyə girdikdə ilk öncə hörmət gösətərir və salam verirlər. Şamanizm astral aləmi də qəbul edir və astral aləmə gedib gələn insana Şaman, ya da Qəm, Kam deyilir.  Kam ayin və mərasimləri də keçirən adamdır. Kam transa girərək ilahi qüvvə və ruhlar ilə insanlar arasında vasitəçilik etmək gücünə malik olan şəxsdir. Bu gün dünyanın bir çox bölgələrində şamanlıq hələ də qorunub saxlanır. Bu inanca görə bütün dinlər gerçəkdir və bir biri ilə bərabər inanclardır. Çünki bütün dinlərdəki bütün ibadətlər kainata bir şükür, bir təşəkkür bildirir. Şamanizmdə təbiətə hər şəkildə təşəkkür edilə bilər. Bir ağacın gövdəsini oxşayaraq da təşəkkür edə bilərsiniz, namaz qılaraq da. Şamanlar qəribə geyinirlər, onların geyimlərinin hər parçası bir məna və məqsəd daşıyır. Müxtəlif  heyvan şəkilləri də bunlardan biridir, çünki şamanın digər aləmlərə etdiyi yolçuluqda bu heyvanların şəkillərinə girərək özünü gizlədəcəyinə inanılır. Transa keçmək bir rəqs ritualı ilə edilir. Əllərindəki davul ilə ritm tutaraq transa keçirlər və ritmin tezliyi transın dərinliyini göstərir. Şamanizmdən başqa bir çox təriqətlərdə də ritmlə transa keçməkdən istifadə edilir. Şamanlar transa girərək, digər aləmlərə etdiyi yolçuluğunda alt və ya üst dünyalara gedə bilir. Bunlar yaxşı və pis ruhların olduğu, ölən ataların ruhlarının da olduğu ayrı aləmlərdir. Buralarda şaman o ruhlarla görüşə bilir və ataların ruhuna suallar verərək məsləhətlər ala bilirlər. Bu ritualda atəş də vacibdir. Çünki həm atəşin ruhuna, həm də içində digər varlıqların da ruhunun varlığına inanılır. Burda sual ortaya çıxır ki, şaman olmaq üçün nə etmək lazımdır? Qısaca demək gərəkərsə, şaman sonradan olunmur, şaman olaraq doğulur. O insanın atalarından birinin şaman olmuş olması və kiçikliyində bəzi ruhları istəməsə də görə bilməsi gərəklidir. İnsan şamandırsa, bunu zaman keçdikcə hiss edəcək. Bunu anlayandan sonra şamanizmi öyrənmə dövrü başlayacaqdır.  Şaman olmaq bir seçim deyidir. Əgər insan bu özəlliklərə sahibdirsə və şaman olmağı rədd edirsə, o zaman o insan ya xəstələnir, ya da dəli olur.

Bu gün fərqində olsaq da, olmasaq da gündəlik həyatmızda bir çox şaman adət-ənənələrdən istifadə edirik. Mənasını və mənbəyini bilmədiyimiz bu şaman adətlərini heç fikirləşmədən həyata keçirir, hətta nəsildən-nəsilə ötürürük. Bunlardan bir neçəsi ilə tanış olaq.

 

1.     Su tökərək yola salmaq. 

Gedənin arxasınca su atmaq şamanizmdən gələn bir adətdir.

Şaman mədəniyyətindəki suyun müqəddəsliyindən irəli gələn bir adətdir. Su bərəkətdir. “Su kimi get, su kimi gəl” deməklə su tökülür və bu adət hələ də davam edir.

 

2.     Qurğuşun tökmək.

Çildağ etmək, qurğuşun tökmək də Şaman adətlərindən qalan bir adətdir. İnsana müsəllət olmuş mənfi ruhların neqativ təsirini ortadan qaldırmağa yönələrək qədim zamanlardan indiyə qədər istifadə edilir. Şaman inanclarına görə qurğuşun əritmək insanı pis ruhlardan təmizləyir, canındakı qorxunu çıxarır,nəzəri təmizləyir. Günümüzdə də bir kasa suya tökülən qurğuşunun həmin anda insan beynində toplanmış mənfi elektriki təmizlədiyi elmi yolla sübut edilib. Qurğuşun tökməyin başqa səbəblərindən biri kimi də mənfi ruhlar tərəfindən oğurlanmış taleh, səadət, ruzi və digərlərini geri qaytarmaq üçün edilən bir növ ayindir.

3.     Qırmızı bağlamaq.

Şamanlar pis ruhlardan qorunmaq, şans və uğur gətirməsi üçün paltarına, musiqi alətlərinə qırmızı iplər bağlayarmış. Bu gün də ərə gedən qızların belinə, medal və ordenlərin üzüklərinə, aldığımız hədiyyələrə, nişan üzüklırinə qırmızı lent bağlayaraq şans və xoşbəxtlik diləməyə davam edirik. Bunun pis enerjidən qoruduğuna da inanılır. Şamanizmdə Zahı qadınların başına bağlanan qırmızı lentin ana və yeni doğulmuş uşağı Albız adlanan neqativ varlığa qarşı qoruduğuna inanılır.

 

4.     Ağaclara lent bağlamaq 

Şamanizmdə  dilək diləmək şəkli həyatın simvolu kimi qəbul edilib, həyat üzərində böyük təsirləri olduğu düşünülən böyük ağaclara və bunların budaqlarına kiçik parçalar bağlamaq vasitəsilə gerçəkləşirdi. Bağlanılan bezin isə insan bədənindən bir parça təmsil etdiyinə inanırmışlar. Təməlində uca ruhlu ağacların yaxşı ruhlu insanlara yardım edəbiləcəyi inancı durmaqdadır. Bu gün də bir çox yerdə ağaclara bez bağlanaraq dua edilir, niyyət tutulur.

 

5.     Nəzər

Qədimdən dövrümüzədək bəzi insanların baxışlarında qeyri adilik olduğuna, narahatlıq verdiyinə, pislik gətirdiyinə inanılır. Bunun qarşısını almaq üçün göz muncuğu taxılır. Bu da qədim Şaman inanclarındandır. Şamanlar mənfi enerjilər üçün mavi rəngdə içi boş muncuqlar düzəldirmişlər. düşünürmüşlər ki, mavi səma rəngi pis enerjini aparıb muncuğun boş hissəsində toplayır. Muncuğun içində toplanan pis enerji çoxaldıqca da muncuq çatlayır və pis enerji yox olur. Günümüzdə pis enerjiyə qarşı evimizdə, maşınımızda və üstümüzdə mavi gözmuncuq daşımaq ən sevdiyimiz adətlərdən biri olmaqda davam edir.

 

 

6.     Musiqi

Şaman ayinlərində davul və qopuz istifadə edilirdi. Musiqisiz ayin olmazdı. Halbuki İslamda Qurandan başqa dini əsərlərin musiqi ilə oxunması günah sayılır.  Şamanizmin davamı olaraq dövrümüzdə peyğəmbərimizin və Hz Əlinin həyatı musiqi ilə oxunmaqdadır. Osmanlı tarixində ilk mövlüd Mövlüd 1910 – cu ildə Bursada bir soba ustası olan  Sultan Çələbi tərəfindən yazılmışdır. Mövlüdlər Anadoluda və Azərbaycanda bir çox bölgələrdə oxunmaqdadır. Ölünün arxasından mövlüd oxunması  İslam dinində başqa heç bir coğrafi yerdə yoxdur.

 

7.     Taxtaya vurmaq.

Pis bir hadisə barədə danışarkən mənfi ruhların eşitməməsi üçün 3 dəfə taxtaya vurmaq, əslində qədim bir Şaman inancıdır. Ağac və təbiət müqəddəs hesab edildiyindən vurulan yerin mütləq taxta olması lazım imiş. Bu gün də üzdəniraq bir hadisə eşidəndə “şeytan qulağına qurğuşun” deyərək əlimizlə toxmaq kimi üç dəfə taxtaya vururuq. Amerikalılarda da 3 dəfə taxtaya vurmaq vardır.

Qədim türklər köç hıyatı yaşayırdı və əvvəl olmadıqları yerlərdə meşələrə gedərkən meşədəki pis ruhları qovmaq üçün ağaclara avuraraq irəliləyirdilər. Bu adət tək tüklərdə deyil, əvvəllər Şamanizm inancına sahib olmuş bir sıra Avropa ölkələdində də var.

 

8.     İçki.

Qədim türk mədəniyyətində içki içilməsi bir adət idi. Xüsusən də toylarda, şad günlərdə musiqi sədaları altında içki içmək adəti var idi. İslamda içki yasaq qəbul edilsə də bu adət də hazırda davam etdirilir.

 

9.     Sağ ayaq.

Qapıdan çıxarkən sağ ayağın öndə olması da Şamanizmdən qalma bir ritualdır. Sol ayaqla keçməyin insana uğursuzluq gətirəcəyinə inanılır.

 

10.                       Qırxın çıxması.

Şaman inanclarına görə ruh bədəni 40 gün sonra tərk edir. Vəfat edənin qırxının çıxması deyimi burdan gəlmədir.  Şamanizmdə ölən insanın ruhu evi tərk etsin, insanın ruhunun göyə rahatlıqla səfər etməsi üçün və digər ruhlar ətrafına toplaşmasın deyə insanlar ölən insanın evində 7,21,40-cı günlərdə toplanır və şaman tərəfindən  ayin edib, yas tuturlar. Bu gün hər evdə vəfat edən şəxs üçün keçirilən 40 mərasimi və ya yeni doğulmuş uşağın pis enerjilərdən qorunması üçün 40-ının çıxması kimi adətlər həyata keçirilir. Qədimdə yeni uşaq dünyaya gələndə ananın çadırına sadəcə uşağın atası və şaman daxil ola bilirdi. Çünki 40 gün müddətində mənfi ruhların ana və uşağa zərər vurmasından çəkinirdilər və uşağı heç kimə göstərmirdilər.

Türk dastanlarında qırx rəqəmi çox yer alır və qırx igidlərdən, qırx qızlardan çox bəhs edilir. “Manas” dastanında olduğu kimi, Dədə Qorqud hekayələrində də qırx igidlərdən söz açılır. Hekayə və nağıllarda qırx gün və qırx gecə toy, qırx hərəmi, qırx sətir və qırx qatırdan çox danışılır.

11.                       Fit çalmaq

Şamanlar ruhları yaxşı və pis olmaq üzrə ikiyə ayırırmış. Lazımsız yerə fit çalmağın pis ruhları çağırdığına inanırmışlar. Bu səbəbdən lazımsız yerə fit çalmaq xoş qarşılanmırmış. Bu gün də boş yerə fit çalmaq şeytanı çağırır düşüncəsiylə yaxşı qarşılanmır. Çünki şeytan pis ruhu təmsil edir.

12.                       Qapı kandarını bəzəmək

Şaman inancında kandar tanrısı mövcud imiş və qədim şamanlar kandar tanrısını incitməmək üçün kandara şeirlər yazar, naxışla bəzəyərmiş. Bu gün kandarlara şeirlər yazılmasa da bir çox evin qapısına at nalı, sünbül, üzərlik dəstə, göz muncuğu, bəzi rayonlarda sınıq çaynik  kimi əşyalara rast gəlmək mümkündür.

13.                       Qəbir daşı

Şamanlıqla məşğul olnlar heç vaxt qəbirləri gizlətmirmişlər. Əksinə, önəmli şəxslərə xüsusi qəbirlər düzəldib üstündə gümbəzlər tikilirmiş. Bu gün də məzar daşlarının dəbdəbəli bəzədilməsi, üzərlərinə ad yazılması. bir sənət əsəri kimi hazırlanması şamanlıqdan günümüzə gəlib çatdığına işarədir. İslamda qəbir daşı qoyulsa da ad yazmaq kimi bir adət yoxdur.

Özəlliklə qədimdə uca ruh kimi qəbul edilmiş kimsələrin ölümlərindən sonra ruhlarından mədəd ummaq və məzarlarının müqəddəs görünməsi Şaman adətlərindəndir. Qəbirlərə böyük daşların qoyulması və bu daşların sənət əsəri halına gətiriləcək qədər bəzədilməsi hazırda da davam etməkdədir.

 

14.                       Əllər açıq dua etmək.

Şamanlardan günümüzə gələn daha bir adət Göy Tanrı inancı ilə bağlıdır. Bu inancdan dolayı dua edərkən əllərimizi göyə açırıq. Quranda isə “Allah sizə şah damarınızdan yaxın və sonsuz, hüdudsuzdur” deyə ifadə edilir.

 

15 . Qəbirlərin ayaq hissəsində su oyuqları

Qəbirlərin ayaq hissəsində kiçik su oyuqları şamanizmdə ruhların susadıqlarında su içməsi inancına əsasən qoyulurdu. Quşların, böcəklərin o sudan içməsinin ölmüş insanın ruhuna fayda verəcəyinə inanlır. Müsəlmanlığa keçidlə birlikdə bu adət susamış quşların faydalanacağı düşünülərək daha çox Anadoluda davam etdirilir.

15.                       Yasda halva bişirmək

Ölülərin ardından yemək və ya halva bişirmək də qədim türk şaman adətlərindən qalma bir adətdir.

16.                       Qayçı,biçaq verməmək

Qayçı,bıçaq kimi alətləri əldən ələ verərkən üzərinə tüpürmək və ya əldən verməyi tamamən rədəd etmək, hər hansı bir yerə qoyaraq qarçısındakının götürməsini gözləmək Şamanizm qaynaqlı qədim bir türk davranışıdır.

17.                       Asqırana sağlam ol demək.

Asqıran insanlara biz adətən sağlam ol deyirik. Bunun səbəbi Şamanizm inancına sahib qədim türklərin ruhun nəfəsdə daşındığına inanması idi. Asqırmağın ani nəfəs çıxışına səbəb olmasına görə insanın ruhunun bədəndən ayrılmasından qorxulur və sağlam ol deyərək yaxşı niyyət və narahatlıqlar bəyan edilirdi.

 

18.                       Qapı kandarında oturmamaq.

Şamanizm inancında bəzi heyvanlar çox sevilir, dəyər verilirdi. Bu toplumda hardasa insan qədər dəyər görən atların da ruhları olduöuna inanılır və ölümlərindən sonra sahibinin qapısının kandarında gözlədiyinə inanılırdı. Qapı kandarında oturaraq və ya kandara basaraq heyvanın ruhunun incidiləcəyi düşünülürdü, qapıdan adlayaraq keçilirdi.

 

19.                       Ağaclara mismar sancmaq

Anadoluda və Azərbaycanda hələ də bəzi bölgələrdə meyvə verməyən ağaclara mismar sancılır və budaqlarına çay daşlarından qoyulur. Şamanizmdən gələn bu adət ağacın içinə yerləşmiş olan mənfi ruhu qovaraq, onu yenidən meyvə verməsi üçün edilir.

 

20.                       Atəş yandırmaq

Şamanlar  atəşi canlı bir varlıq olaraq düşünüb ona qarşı hədsiz hörmət duyurlar. Atəşin ən vacib tərəflərindən biri şübhəsiz ki, arındırıcı bir gücə sahib olmasıdır. Türk xalqları atəşin sehirli bir təmizləyici güç olduğuna inanırdı. Şaman kamlarının fərqli xəstəlikləri atəşlə müalicə etmələri, xəstəni atəşin üzərindən keçirmələri, atəşin ətrafında dönmələri, vücudlarındakı mənfi gücləri təmizləmək üçün közün üzərində yalın ayaqla gəzməkləri atəşin saflaşdırıcı gücünə inança bağlıdır. Günümüzdə çildağ etməklə xəstələri sağaltmaq, nəzəri dəf etmək də bu qədim adətlərdən qaynaqlanır. Novruz bayramında od yandırmaq, ətrafına toplanmaq, od yaxınlığında çalıb, oynamaq və odun üzərindən tullanmaq da Şamanizm adətlərini davam etdirdiyimizi göstərir.