Ətsiz, səkərsiz, unsuz menyuları oyrəndikcə sizinlə paylaşmağa qərar verdim. İlk videom olduğu üçün çəkiliş qüsurları olduğunu bilirəm. Gələcəkdə düzəlişlər etməyə çalışacam.
Bişirilmə qaydasıBrokolli və gül kələmlər yuyulur, doğranır, bir qazana əlavə edilir və üzərinə 1.5 stəkan su əlavə edilir, qaynamağa qoyulur, qaynayandan 4-5 dəqiqə sonra süzülür. Bir tava bir az zeytun yağı ilə yağlanır və süzülmüş brokolli və gül kələmlər ora düzülərək 1 çay qaşığı himalay duzu və ya dəniz duzu əlavə edilir.
Ayrıca bir
tavada zeytun yağında1 ədəd lay lay doğranmış soğan bir qədər
qızardıldıqdan sonra sürtgəcdən keçirilmiş 3 ədəd yerkökü və 1 ədəd orta
boy çuğundur əlavə edilib bişirilir. Bir qədər sonra 1 çay qaşığı duz
əlavə edilir. Bu qarışım öncədən tavaya düzülmüş brokollilərin üzərinə
əlavə edilir.Kənarda 2 yumurta, 1,5 stəkan yulaf unu, 2 çay qaşığı yulaf kəpəyi, 1 stəkan qatıq qarışdırılır, sonra üzərinə bir xörək qaşığı qatıqda açılmış 1 çay qaşığı soda, doğranmış kişniş,şüyüd əlavə edilib qarışıırlır. Bu qarışım da digər qarışımın üzərinə ehmalca əlavə edilərək yayılır və üzərinə adi pendir və ya holland pendiri sürtgəcdən keçirilərək əlavə edilir.
180 dərəcədə 40 dəqiqə bişirilir. İsti və ya soyuq halda yeyilir. Üzərinə sarımsaqlı qatıq əlavə etməklə daha da dadı gözəlləşir. Qeyd edim ki, soyuq halda mənim daha çox xoşuma gəldi.

Hiç yorum yok:
Yorum Gönder